Suyun altında 3 əsr qalan 18 milyardlıq xəzinə — Dünyanın ən böyük dəfinəsi


19:12     26 May 2018 18_05_26_1527329587.jpg

İspaniya donanmasına məxsus “San Xose” adlı gəmi 3 əsr suyun altında qalıb.


“Ölkə.Az” xəbər verir ki, artıq gəminin qalıqları tapılıb və məlumat rəsmən təsdiqlənib.

Mütəxəssislərin fikrinə görə gəmidəki qızıl və qiymətli əşyaların qiyməti 4-18 milyard dollar arasında dəyişir.

Gəmi Karib dənizində İngiltərə donanması tərəfindən batırılıb. Mütəxəssislər gəmidəki topların üzərində delfin işləmələrini incələyərək gəminin “San Xose” olduğunu dəqiqləşdiriblər. 1708-ci ildə batırılan gəmi Amerika qitəsinin sərvətini Avropaya daşıyırmış.
O dövrdə Perudan çıxarılan qızıl, gümüş və zümrüdləri daşıyan gəminin sahib olduğu xəzinəni isə sualtı “REMUS 6000” aparatının video görüntüləri sayəsində müəyyən edilib. Gəmiyə 10 metr yaxınlaşan aparat maraqlı görüntülər əldə edib.

“San Xose” gəmisində 62 silah olub. Buna rəğmən İngiltərə donanması gəmini batıra bilib.

Açar sözlər:

Oxunub: 2140