İsrail hərbçiləri “Anadolu”nun müxbirini yaralayıb –


19:44     28 May 2018 18_05_26_1527330130.jpg

Qəzza- İsrail sərhədində Türkiyənin “Anadolu” xəbər agentliyinin fotomüxbiri Əli Cadallah İsrail yaralanıb.


Femida.az xəbər verir ki, insident fələstinlilərin “Böyük qayıdış yürüşü” aksiyasının doqquzuncu həftəsinə hazırlıqları ilə bağlı reportajın hazırlanması zamanı baş verib.
Məlumata əsasən, İsrail hərbçilərinin atdığı gözyaşardıcı qaz balonu 28 yaşlı Cadallaha dəyib.

Jurnalist Qəzzanın “Şəfa” hospitalına çatdırılıb.

Qeyd edək ki, martın 30-dan bəri Qəzzada baş verən toqquşmalarda 115 fələstinli İsrail hərbçiləri tərəfindən qətlə yetirilib. 13 mindən çox insan gülə yarası alıb və ya gözyaşardıcı qazın təsirindən zəhərlənib.

Açar sözlər:

Oxunub: 1469