Ermənistandan İrana rədd cavabı - Qaz almayacaqlar


20:36     26 May 2018 qaz5.jpg


Ermənistan İran qazının baha olmasını səbəb göstərərək, onu almaqdan imtina edib.

Bu barədə Ermənistanın energetika və təbii ehtiyatlar naziri Artur Qriqoryan deyib.

Onun sözlərinə görə, İran qazı sərhəddə Rusiya qazından əhəmiyyətli dərəcədə bahadır:

“Son məlumatlara görə, İran qazının min kubmetrinin qiyməti 165 dollardır. Lakin Rusiya qazının qiyməti 150 dollar. “Qazprom”un 27-28 milyon dollarlıq sərmayə proqramı var. Ola bilsin, qiyməti bir az da ucuzlaşdırsın”.

Erməni nazir ucuz qaz mənbəyi axtardıqlarını deyib. Rusiyadan alınan qazın əhaliyə ikiqat bahasına satılmasına gəldikdə isə erməni nazir bu suala cavab vermək iqtidarında olmadığını deyib.

O bildirib ki, bu məsələlərə ictimai xidmətlərin tənzimlənməsi komissiyası baxır.

Femida.az

Açar sözlər: #Ermənistan   #İran   #qaz  

Oxunub: 2028