Dünyanın ən çətin peşəsi: 17 manat maaşa işləyirlər (Fotolar)


20:51     26 May 2018 18_05_26_1527331994.jpg


Banqladeşin paytaxtı Dakada kanalizasiya sistemi tıxanan zaman problemi adi insanlar boruların içinə daxil olaraq aradan qaldırır.

Çılpaq bədənlə çirkli suya daxil olan işçilər bunun qarşılığında sadəcə 7,5 funt (17 manat) qazanırlar. Dakada bu işlə məşğul olan çox sayda insan var. Tamamilə paltarsız işləyən bu insanların sağlamlıq vəziyyəti üçün böyük təhlükə mövcuddur.

Şiddətli yağışlar və zəif kanalizasiya sistemindən təsirlənən paytaxtda 14 milyondan çox insan yaşayır. Bu faktlar daha çox kanalizasiya probleminə gətirib çıxarır və bu işlə məşğul olan daha çox insana ehtiyac yaranır./Qaynarinfo







Femida.az

Açar sözlər:

Oxunub: 6205