Kolumbiyada prezident seçkiləri keçirilir
14:31 27 May 2018
Bu gün Kolumbiyada prezident seçkilərinin ilk turu keçirilir.
Femida.az-ın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, German Vargas Lleras, Qustavo Petro, Humberto de la Calle, Ivan Duque, Sergio Fajardo və Jorge Antonio Sarmientonun namizəd olduğu prezident seçkiləri yerli vaxtla saat 08.00 başlayacaq, saat 16.00-da başa çatacaq.
Ümumilikdə 36 milyon 230 min seçicinin olduğu ölkədə 11 mindən çox seçki məntəqəsi yaradılıb, təhlükəsizliyi təmin etmək üçün 115 min polis cəlb edilib. Kolumbiya prezidenti Juan Manuel Santos hər kəsi səs verərək iradəsini ifadə etməyə çağırıb. J. M. Santos prezident seçkilərinin martın 11-də keçirilən bələdiyyə seçkiləri kimi Kolumbiya Silahlı İnqilabi Qüvvələrin (FARC) zorakılıq aktları törətməyəcəyi bir mühitdə keçiriləcəyini qeyd edib.
Birinci turda namizədlərdən biri 50 faizdən çox səs toplamazsa, ən çox səs toplayan iki namizəd iyunun 17-də keçiriləcək ikinci turda yarışacaq.
Femida.az
Oxunub: 1649
Oxşar xəbərlər
- Kolumbiyada terror aktı törədilib, ölənlər və yaralılar var
- Kolumbiyada mədəndə partlayış nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb
- Kolumbiyada mitinqdə partlayış - 9 ölü, 4 yaralı
- Kolumbiyada təyyarə düşdü, sərnişinlərin hamısı öldü
- Kolumbiyada yeni silsilə zəlzələlər baş verib
- Kolumbiyada ardıcıl bir neçə zəlzələ baş verib
- Kolumbiyada üç günlük matəm elan olunub
- Kolumbiyada prezident seçkilərinin ikinci turu başa çatıb