Azərbaycan Avropada 23-cü oldu


20:10     27 May 2018 uefa6.jpg

Avrokubokların 2017/18 mövsümünə yekun vurulub.


Femida.az goal.az-a istinadən xəbər verir ki, Çempionlar Liqasının final matçından sonra UEFA reytinqinin yekun siyahısı açıqlanıb. Finalda Liverpool-a 3:1 hesabı ilə qalib gələn Real İspaniyanın xal hesabını daha da zənginləşdirib. Pireneylilər son 5 mövsümün əmsallarına əsasən qurulan cədvəlin zirvəsində möhkəmlənib. İngiltərə 2-ci, İtaliya isə 3-cü olub. Almaniya və Fransa da ilk "beşlik"də qərarlaşıb. Azərbaycan isə son 5 ilin nəticələrinə görə 23-cü yerdədir. Klublarımız bu müddətdə 19,125 xal toplayıb.

Femida.az

Açar sözlər: #UEFA   #futbol  

Oxunub: 2499