Bank rəhbəri sevgilisinə villa bağışladı
14:07 28 May 2018
Beynəlxalq İqtisadi Forum-2018-in gedişatında, məlum olub ki, VTB bankı "Maqnit” şəbəkəsinin aksiya paketini Sergey Lavrovun kürəkəni Aleksandr Vinokurova satıb və özü də onun xərcini ödəyib.
Femida.az virtualaz.org-a istinadən xəbər verir ki, KİV sazişdə bankın başçısı tərəfindən federal büdcədən bir milyard dolların yuyulmasının əlamətlərini müşahidə edib.
Aksiya paketinin bazar qiyməti 62,5 milyard rubl təşkil edir. Ancaq Vinokurov, hansı ki, Rusiyanın əsas reyderlərindən biri adlandırırlar, "Maqnit”i təkcə tamamilə pulsuz almayıb, üstəlik onun üçün alıcıya pul da ödəyiblər. Ödənişi edən isə, "Rospress”in yazdığı kimi, satıcı – VTB bankı özüdür.
Mənbə deyir ki, bankın başçısı A. Kostin öz maliyyə qurumundan 1 milyard dollar çıxarıb və onu Vinokurova verib. Beləliklə, dövlət büdcəsindən (xatırladaq ki, VTB bankı dövlətindir – red.) milyard dollar oğurlanıb, hansı ki, Kostin və Vinokurov öz aralarında bölüblər.
"İnfoteka” nəşri qeyd edir ki, VTB-nin başçısı Kostin yuxarıda təsvir olunan fırıldaqlar sayəsində əldə edilən pulun öz payına düşən hissəsini məşuqəsinə - məşhur televiziya aparıcısı Nailə Əsgərzadəyə xərcləyib.
O, qıza Moskvanın mərkəzində mənzil (sahəsi – 228 kv. m, dəyəri – 250 milyon rubl), həmçinin Jukovkada şəxsi malikanə (sahəsi – 920 kv. m, dəyəri – 620 milyon rubl) və bir neçə elit-sinif avtomobili (BMW 325I, BMW 650I X-Drive, BMW X5 X-Drive 50I) və s. hədiyyə edib.
"Rospress”in” məlumatına görə, Kostinin Nailəyə bağışladığı hədiyyələrin ümumi qiyməti milyardı ötür. Bütün əmlaklar ya bankirin etibar etdiyi şəxslər, ya da offşor vasitəsilə hədiyyə edilib.
Femida.az
Oxunub: 4541
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Rusiya Ukraynanın Zaporojye şəhərini raket atəşinə tutub
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- Rusiya səfiri Finlandiya XİN-ə çağırılıb
- Ukrayna Baş Qərargahı: "Rusiyanın itkiləri 59 mini keçib"
- "Rusiya bu ərazilərə nüvə silahı atacaq. Plan hazırdır" - Britaniya kəşfiyyatı
- Rusiyada hərbi komissarlığa silahlı hücum olub, hərbi komissar ölüb
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini açıqlayıb
- Ukrayna Rusiyanın qismən səfərbərlik elan etməsinə münasibət bildirib