Ordu polis qiyafəsində xalqın üzərinə yeriyəcəkdi - Paşinyan hiyləsinin PƏRDƏARXASI


15:13     28 May 2018 2018/04/pasinyan_1523960945.jpg

Aprelin 23-də Nikol Paşinyanın həbsindən sonra 100-dək erməni hərbçinin Arşakunyats prospektində hərəkat üzvlərinə qoşulması və ondan sonrakı hadisələr bir sıra detalları üzə çıxarır. Sarkisyan hakimiyyətinin məqsədi sülhməramlılardan nümayişçilərə qarşı istifadə etmək olub. Elə bu səbəbdən sülhməramlılar kütləvi şəkildə hərbi hissəni tərk edərək, nümayişçilərə qoşulub.


Femida.az Ordu.az-a istinadən xəbər verir ki, bu məlumatları "forrights.am" saytı, mayın 9-da "Facebook"da Ermənistan müdafiə nazirliyinin sülhməramlı briqadasının komandiri polkovnik Vağinak Sarkisyanın istefasını qəbul etməmək çağırışı ilə imza toplama kompaniyasının başlamasından sonra müəyyən edə bilib.

Burada hansı hadisələr səbəbindən və nəyin nəticəsində istefa ərizəsinin verilməsi faktlar əsasında öz əksini tapıb. Orada qeyd edilib ki, hərbi hissə komandiri tabeliyində olanları təlimatlandıraraq, baş verən hadisələrə silahlı qüvvələrin cəlb edilməsinin yolverilməz olduğuna dair razılıq əldə edib. Lakin elə hadisələr baş verib ki, bu, sülhməramlıların hərbi hissədən çıxmasına və nümayişçilərə qoşulmasına təkan verib.

Məlumata görə, həmin gün, yəni 23 aprel tarixində Ermənistan polis liseyinin "xüsusi taktiki hazırlıq" fənni üzrə müəllimi mayor Frankyan hərbi hissəyə gələrək, hərbçilərlə birgə "kütlənin dağıdılması və güc tətbiqi" mövzusunda təlim keçməyə cəhd edib.

İmza toplama mətnində yazılıb ki, Vazgen Sarkisyan adına hərbi məktəbin kursantlarına polis geyimi paylanılaraq, onların xalqın qarşısına çıxarılması barədə yayılan şayiələrdən sonra hərbi qulluqçular qəzəblənib və hərbi hissəni tərk ediblər. Hərbi hissə komandiri, hərbi hissəni tərk edən hərbi qulluqçuları cəzalandırmayacağına dair vəd verib. Lakin şəxsi heyəti cəzalandırmağa məcburetmə niyyətlərinə görə, hərbi hissə komandiri istefa ərizəsi yazmağa məcbur olub.

Ermənistan müdafiə nazirliyinə göndərilən sorğuya cavab olaraq, hərbi qulluqçularla belə bir təlimin keçirildiyini təsdiq ediblər. Nəticədə, Ermənistan müdafiə nazirliyindən polis mayorunun hansı qanuna əsasən hərbi qulluqçulara təlim keçməsinə dair cavab verilməsi tələb olunub.

Mayın 18-də Ermənistan müdafiə nazirliyi göndərilən sorğuya cavab olaraq, "müdafiə nazirliyinin problemləri və digər dövlət qurumları ilə əməkdaşlığına dair münasibətləri "Müdafiə haqqında" qanunun 15-ci maddəsi, "Fövqəladə vəziyyətin hüquqi rejimi haqqında" qanunun 9-cu maddəsi, "Fövqəladə vəziyyətlərdə əhalinin müdafiəsi haqqında" həmin qanunun 14 maddəsinə əsasən tənzimlənir" deyə Artsrun Hovhanisyan yazılı cavab məktubunda bildirib.

Bu məktubla, Paşinyanın həbs olunarkən Ermənistan sülhməramlılar briqadasında polis mayorunun “kütlənin dağıdılması və güc tətbiqi” mövzusunda hərbi qulluqçularla təlim keçdiyi təsdiqlənir. Təkrar sorğu göndərilməsinə baxmayaraq, Ermənistan ordusunun siyasi proseslərə müdaxilə etməyəcəyinə dair bəyanatlarına zidd olaraq, müdafiə nazirliyi hansı məqsədlə və hansı fəaliyyətlər üçün təlimin keçirildiyinə dair suallara cavab verməyib.

Ermənistan müdafiə nazirinin sabiq müavini Andranik Köçəryanın fikrincə, sülhməramlıların fövqəladə vəziyyət elan olunduqda tətbiq edilməsinə hazırlıq görülürdü. Yəni həmin günlərdə Serj Sarkisyan fövqəladə vəziyyət elan etməklə, silahlı qüvvələrdən hərəkatı yatırtmaqda istifadə etməyə hazırlıq görüb.

Köçəryan bildirib ki, polislə birgə həyata keçirilməli olan hansısa fəaliyyətə hazırlıq aksiyası görülüb.

"Bugünkü qanunlar buna yol versə də, bunun yanlış olduğunu hesab edirəm. Keçmişdə, yəni 2008-ci ildə belə bir şey etmək mümkün deyildi. Ordunu son tədbir olaraq daxili-siyasi fəaliyyətlərdə tətbiq etmək, bəzi adamların ağlından keçib. Hesab edirəm ki, heç vaxt heç kimin ağlından ordunu polis əməliyyatlarına cəlb etmək keçməməlidir. Nəticəsini özümüz gördük", - deyə o qeyd edib.

Sabiq müavin, məhz bu prosesin erməni hərbi qulluqçularının etiraz əlaməti olaraq hərbi hissəni tərk etməsinə səbəb olduğunu bildirib: "Bu təbiidir, çünki hərbi qulluqçu heç vaxt özünü polis əməliyyatlarında təsəvvür edə bilməz. Belə bir təlimatı ancaq sabiq müdafiə naziri Vigen Sarkisyan və Baş Qərargah rəisi verə bilərdi. Heç kim özbaşına sülhməramlı briqada komandirinə təlimat verə bilməzdi".

Köçəryan həmçinin hesab edir ki, silahlı qüvvələrin tətbiq edilməsi barədə konstitutsiya dəyişikliyinə yenidən baxılmalıdır.

“Əgər keçmiş konsitutsiyada ordunun fövqəladə hadisələr zamanı tətbiqi dəqiqliklə qadağan edilirdisə, yeni konstitutsiyada buna imkan verilir. Keçmiş konstitutsiyaya görə ordu yalnız hərbi vəziyyətdə istifadə oluna bilərdi. Hesab edirəm ki, konstitutsiyanın bu normasına yenidən baxılması üçün ciddi problemlər var”, - deyə o vurğulayıb.

Sülhməramlı briqadanın komandiri Vağinak Sarkisyanın istefasının qəbul edilib-edilməyəcəyinə gəldikdə isə Artsrun Hovhannisyan qeyd edib: "Vəzifədən istefa verməsi barədə ərizə təqdim etməsinin məqamlarını polkovnik Vağinak Sarkisyanla dəqiqləşdirməyi təklif edirəm. Eyni zamanda bildirirəm ki, yüksək komandir heyətinin vəzifələrə təyinatını konstitutsiyanın 133-cü maddəsinin 1-ci hissəsinə əsasən baş nazirin təqdimatı ilə Ermənistan prezidenti təyin edir”.

Doğrudanmı, Ermənistanın sabiq müdafiə naziri Vigen Sarkisyan nə məqsədlə, kimin təlimatı ilə çaxnaşmaya səbəb ola biləcək, polis mayorunu bu cür təlim keçmək üçün sülhməramlı briqadaya göndərdiyinə cavab verməyə hazırdır.

Açar sözlər: #ermənistan   #Azərbaycan   #Qarabağ   #Müharibə  

Oxunub: 7179