İşçi bazası bir ayda 200 nəfər artıb
19:25 28 May 2018
Azərbaycanda maliyyə sektorunda muzdla çalışan işçilərin ümumi sayı mart ayı ərzində 200 nəfər artaraq 2018-ci il aprelin 1-nə 23,9 min nəfər təşkil edib.
Femida.az-ın rəsmi statistikaya istinadən verdiyi xəbərə görə, işçilərin 4,5 min nəfəri və ya 19%-i dövlət, 19,4 min nəfəri və ya 81%-i özəl sektorda çalışıb. Qeyd edək ki, artım özəl sektor hesabına baş verib.
Bildirək ki, bu sahədə çalışan işçilərin sayı 2005-ci ildəki 11,8 min nəfərdən 2014-cü ildə 30,9 min nəfərədək yüksəlib, daha sonra azalmağa başlayaraq 2015-ci ildə 30,1 min nəfər, 2016-cı ildə 25 min nəfər olub. 2017-ci il ərzində isə 5,2% və ya 1,3 min nəfər azalaraq 2018-ci il yanvarın 1-nə 23,7 min nəfər təşkil edib.
Oxunub: 1191
Oxşar xəbərlər
- "Patrul.az” xəbər portalının təsisçisi barəsində cinayət işi başlanılıb
- Azad edilmiş ərazilərdə yaşıl texnologiyalarla bağlı yeni İşçi Qrupu yaradılıb - SİYAHI
- Prezident İlham Əliyevin Bolqarıstanın Baş naziri Kiril Petkov ilə birgə işçi şam yeməyi olub
- Əməkdar mədəniyyət işçisi vəfat edib
- Bir qrup səhiyyə işçisi təltif edilib - SİYAHI
- COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb
- Prezident bir qrup su təsərrüfatı və meliorasiya işçisini təltif edib - SİYAHI
- DTX işçilərinin aylıq vəzifə maaşlarının məbləğlərində dəyişiklik təsdiqlənib
- Xaricdə hazırlıq keçən tibb və əczaçılıq işçilərinin biliyi yoxlanılacaq - ƏMR
- Şəkidə qapı-pəncərə sexindən 15 min manatlıq oğurluq edən obyektin işçisi tutulub