Mal və qoyun əti bahalaşdı


17:43     28 May 2018 18_05_28_1527500487.jpg


2018-ci ilin yanvar-mart ayları ərzində kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərində 6.4%-lik artım baş verib.

Bu da daha çox bitkiçilik məhsullarının bahalaşması (6.6%) hesabına olub.

Belə ki, birillik bitkilərin qiyməti dövr ərzində 9% bahalaşıb. Dövr ərzində heyvandarlıq məhsulları 6.2% qiymət artımı qeydə alınıb.

Mal əti 8.4%, qoyun əti 5.1% bahalaşıb. Eyni dövrdə qiymətlər meşə təsərrüfatı məhsulları üzrə 1.5%, balıq və sair balıqçılıq məhsulları üzrə isə 7.9% artıb. (oxu.az)

Femida.az

Açar sözlər: #ət   #qoyun   #mal   #iqtisadiyyat  

Oxunub: 1237