20 saniyəyə 100 minlik maşın belə oğurlandı - VİDEO


22:28     28 May 2018 18_05_28_1527519382.jpg


Böyük Britaniyada ən son və bahalı “Mercedes Benz C-klass” avtomobilini cəmi 20 saniyəyə oğurlayıblar.

Femida.az xəbər verir ki, bunun üçün oğru ilk növbədə sürücülərin rahatlığını təmin edən bir neçə yeni texnologiyanın imkanlarından istifadə edib.

Maşın oğruları qəbuledici siqanlları gücləndirən və onları təkrar ötürən “retranslyator” adlandırılan qəbuledici-ötürücü radiotexniki cihazlar hazırlamağı öyrənib.

Texniki vasitələr maşın oğrularına həqiqi açarın siqnalını yazmağa və retranslyatora ötürməyə imkan verir. Retranslyator isə avtomatik olaraq açarın dublikatına çevrilir.

Açarın siqnalının qəbul olunması cəmi 10 saniyə vaxt çəkib, daha 10 saniyə ərzində isə oğrular oturacağı kökləyib, avtomobili qaçırıblar. “Mercedes”in sahibi əmin edir ki, oğrular GPS-trekeri (avtomobilin yerinin peykdən izlənilməzi sistemi) də söndürməyi bacarıb. Bu o anlama gəlir ki, avtomobili tapmaq elə də asan olmayacaq. Qarətin videosu xarici müşahidə kameralarının obyektivinə düşüb.



Femida.az

Açar sözlər: #maşın   #oğru   #Britaniya  

Oxunub: 21470