Qanadları qatlanan təyyarələr hazırlanır


02:45     29 May 2018 18_05_28_1527523581.jpg


“Boeing” şirkəti geniş qanad səbəbindən hava limanlarındakı standart terminallara sığışmayan təyyarələri üçün qatlana bilən qanad texnologiyasından istifadə edəcək.

“Boeing 777” təyyarəsi bir ilkə imza atacaq. ABŞ Federal Hava Qurumu (FAA) təklifi təsdiqləyib. “Boeing 777”nin 3-cü nəsli üçün yeni qanadlar quraşdırılacaq.

Qatlana bilən qanad texnologiyası bəzi hərbi təyyarələrdə istifadə edilir. Amma sərnişin təyyarəsində bir ilk olacaq.
Qatlanan qanadlar yanacaq məsələsində müsbət sayılır.

FAA-dan bildiriblər ki, ilk belə texnologiyalı təyyarələr 2020-ci ildə səmaya qalxacaq./ölkə.az

Femida.az

Açar sözlər: #dünya   #təyyarə   #boeing  

Oxunub: 1270