Kılıçdaroğluna hücum edən terrorçu öldürüldü


00:09     29 May 2018 kilicdaroglu.jpg

Türkiyənin Artvin bölgəsində CHP sədri Kamal Kılıçdaroğlunun maşın karvanına hücum edən terrorçu dəstənin üzvü “Velat” kod adlı Behçet Avras öldürülüb.

Femida.az Axar.az-a istinadən xəbər verir ki, terrorçunun mayın 22-də Qarsda keçirilən xüsusi əməliyyat zamanı öldürülənlər sırasında olduğu məlum olub.

Xatırladaq ki, 25 avqust 2016-cı ildə Kamal Kılıçdaroğlunun avtomobil karvanına hücum zamanı bir türk əsgəri şəhid olmuşdu.

Femida.az

Açar sözlər: #Türkiyə   #teror   #siyasət  

Oxunub: 1307