Avropa Oyunlarına 200 manatlıq biletler qurtarıb
04:33 12 May 2015
Oyunlar yaxınlaşdıqca bilet satışı da sürətlənir. Açılış mərasimi üçün biletlərin 20 manatla 200 manat arasında dəyişir.
“Bakı 2015” ilk Avropa Oyunlarının başlanmasına qalan vaxt daraldıqca, bu mötəbər idman tədbirində iştirak etmək istəyənlərin sayı artır. Kassalarda satışa çıxarılan biletlərin azalması, bunu deməyə əsas verir.
Paytaxt sakini Bəxtiyar Qəhrəmanov bildirdi ki, artıq ucuz biletlərin hamısı satılıb, yerdə qalanlar isə 50-100 manatlıq biletlərdir: "Amma necə olursa olsun biler alacam. Çünki həqiqətən də baxılmalı oyunlardır. Azərbaycanda ilk dəfə olan bir şeydir. Bizim üçün böyük bir qürurdur".
İdmansevərlər arasında oyunların açılış mərasiminə maraq daha böyükdür. Belə ki, iyunun 12-də baş tutacaq möhtəşəm açılış mərasiminə aşağı qiymətli bilet tapmaq mümkün deyil.
“Açılış üçün daha çox bilet alırlar. Biletlərimiz 20 manatdan 200 manata qədər idi. Hazırda 50 və 100 manatlıq biletlər qalıb. 20 və 200 manatlıq biletlər artıq bitib”, – deyə kassir Elmira Zamanova qeyd edib.
Bakı Olimpiya Stadionunda keçiriləcək möhtəşəm açılış mərasiminə 2 yaşına qədər uşaqlar biletsiz valideynlərilə birgə qatıla bilərlər. Yarış sessiyalarına isə 16 yaşından aşağı olan uşaqlar pulsuz daxil olmaq hüququna malikdilər.
İlk Avropa Oyunlarına biletlər ancaq şəxsiyyət vəsiqəsi təqdim edilməklə alına bilər. Bir nəfərə 8 ədəddən artıq bilet satılmır. 17 gün davam edəcək elit idman oyunlarının tamaşaçısı olmaq istəyənlər arasında yerli vətəndaşlarla yanaşı, əcnəbi turistlər də var.
“Daha çox turistlər alırlar. Yerli alış da çoxdur, satış hələ də davam etdirilir. Gün yaxınlaşdıqca maraq daha çox artır. Nəyinki açılışa, oyunlara da maraq böyükdür”, – deyə kassir Səmra Yusubova bildirdi.
“Bakı 2015” Avropa Oyunlarına biletləri online formada da sifariş etmək mümkündür. Bunun üçün oyunların rəsmi internet səhifəsinə daxil olmaq lazımdır.
Oxunub: 1125
Oxşar xəbərlər
- Avropa çempionunun məhkəməsi başlayıb
- Avropa çempionumuz soyğunçuluqda ittiham edilir
- Avropanın 117 yaşlı sakini öldü
- Avropa İttifaqının nümayəndəsi Bakıya gəlir
- Avropaya getmək istəyən 3 min nəfər dənizdə batıb
- Avropa Gənclər Olimpiya Festivalı Bakıda keçiriləcək
- Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü tanıyır - BƏYANNAMƏ
- Avropa İttifaqı Ermənistanı `qara siyahı`ya sala bilər
- Avropa Məhkəməsindən Ermənistan əleyhinə daha bir qərar
- Avropa Məhkəməsi “Çıraqovların işi”ni niyə ləngidir?