ABŞ Ermənistana böyük pullar vəd etdi


00:33     29 May 2018 18_05_28_1527525279.jpg


Birləşmiş Ştatlar Ermənistana böyük sayda Amerika investisiyası cəlb etmək fikrindədir. Bunu bazar ertəsi günü Ermənistan XİN başçısı Zöhrab Mnatsakanyanla görüşü zamanı ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələlri üzrə müavininin müşaviri Bricit Brink bildirib.

Dövlət Departamentinin nümayəndəsi bununla bağlı deyib: “ABŞ Ermənistanın yeni hökuməti ilə ikitərəfli əlaqələrin möhkəmləndirilməsi və böyük sayda Amerika investisiyalarının ölkə iqtisadiyyatına cəlb edilməsi məqsədilə işləmək niyyətindədir”.

Ermənistan XİN mətbuat xidmətinin məlumatına əsasən, tərəflər həmçinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi problemlərinə toxunublar.

“ATƏT-in Minsk Qrupunun həmsədri olaraq ABŞ gələcəkdə də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyəcək və problemin dinc yolla həlli yollarını axtarıb tapmaqda tərəflərlə fəal işləyəcək”, - Brink qeyd edib.

Bu gün səhər ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin müşaviri Ermənistan prezidenti Armen Sarkisyanla görüşüb. Onun ölkənin baş naziri Nikol Paşinyanla görüşü də gözlənilir./virtualaz.org

Femida.az

Açar sözlər: #ABŞ   #Ermənistan   #siyasət  

Oxunub: 1358