Prezident Cənub Qaz Dəhlizinin açılış mərasimində


13:54     29 May 2018 ilham%20eliyev%20acilis0.jpg

Bu gün Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilir.

Femida.az-ın məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi Cənubi Qafqaz qaz boru kəmərini (Bakı-Tiflis-Ərzurum) genişləndirilməsi, həmçinin Türkiyədə Trans Anadolu Boru Kəməri (TANAP) və Trans Adriatik Boru Kəmərinin (TAP) tikintisi üzrə layihədir. Bu layihə çərçivəsində hasil ediləcək təbii qaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər 3500 kilometrdən artıq uzanan boru kəmərləri vasitəsilə çatdırılacaq.

Femida.az

Açar sözlər: #Qaz   #Azərbaycan   #Prezident  

Oxunub: 1290