Deputatın general qardaşı işdən çıxarıldı


17:19     29 May 2018 2018/05/2018-05-29-13-04-465b0d162ac6b62_sek_1527586179.png

Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin Rəisi, Gömrük Xidməti General-Mayoru Baba Salayev tutduğu vəzifədən azad olunub.


Femida.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Baba Salayevin işdən çıxarılması ilə bağlı müvafiq əmr imzalayıb.

Onun yerinə isə Gömrük Xidməti Polkovniki Rəsulov Məsum Eynalı oğlu təyin edilib. Dövlət Gömrük Komitəsindən xəbəri təsdiqləyiblər.

Qeyd edək ki, Baba Salayev millət vəkili Hacı Salayevin qardaşıdır.

Femida.az

Açar sözlər: #Vəzifə   #Komitə   #Gömrük  

Oxunub: 6134