Şirvanda qadın itkin düşdü - Baş əməliyyat müvəkkili saxlanıldı


18:02     29 May 2018 hebsss8.jpg

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Şirvan şəhər şöbəsinin əməkdaşı tutulub.



Femida.az-ın APA-ya məlumatına görə, gecə saatlarında DTX-nın Şirvan şəhər şöbəsinin əməkdaşı, baş əməliyyat müvəkkili, 1982-ci il təvəllüdlü Ağayev Rövşən Firudin oğlu saxlanılıb.

R. Ağayevin hansı səbəblərdən saxlanıldığı hələlik dəqiq məlum deyil.

Bəzi məlumatlara görə, onun saxlanması Şirvan şəhər sakini, 1956-cı il təvəllüdlü Sarayxanım Abdullayevanın bir neçə gün əvvəl itkin düşməsi ilə əlaqədardır.

Faktla bağlı araşdırma davam etdirilir.

Femida.az

Açar sözlər: #Həbs   #İtkin   #Qadın   #Əməliyyat  

Oxunub: 3817