İtkin düşən müəllimə ilə DTX əməkdaşını nə birləşdirir? - FOTO


19:14     29 May 2018 2018/05/25485d66d35b36e7a69bae26f2219b34_1527592863.jpg

Mayın 24-ü Şirvan şəhərində dərs dediyi məktəbdən çıxaraq bir daha geri qayıtmayan 1956-cı il təvəllüdlü Sarayxanım Abdullayeva ilə bağlı yeni faktlar ortaya çıxıb.

Femida.az xəbər verir ki, 62 yaşlı qadın məktəbdən çıxarkən əynində qara yupka və ağ köynək olub.

Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumatda bildirlir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin əməkdaşı, fəaliyyəti dayandırılmış MTN-ə 2006-cı ildə hərbi xidmətə qəbul olunmuş Ağayev Rövşən Firudin oğlu və onunla əlbir olan Şirvan şəhər sakini Əmirov Mətləb Sabir oğlu Şirvan şəhər sakini Abdullayeva Sarayxanım Nadir qızından sonuncunun oğlu təqsirləndirilən şəxs X. Abdullayevin həbsdən buraxılmasına köməklik edilməsi adı altında dələduzluq yolu ilə xeyli miqdarda pul alıblar.

Lakin bu hadisədən sonra qadın itkin düşüb.

Qeyd edək ki, hazırda S. Abdullayevanın itkin düşməsi ilə bağlı Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun aidiyyəti qurumları tərəfindən zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə, həmçinin Şirvan Şəhər Polis Şöbəsinə 021-215-14-50 şəhər və (051) 425-28-01 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.




Miri Məcidli
Femida.az

Açar sözlər: #DTX   #Məhkəmə   #Polis   #Cinayət   #Hökm   #Narkotik  

Oxunub: 5428