Alışanova bildiriş göndəriləcək - Məhkəməyə gəlmək üçün


19:54     29 May 2018 2018/02/alisanov_1518513189.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri" QSC-nin sədri Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.



Femida.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi keçirilən prosesdə təqsirləndirilən şəxslər məhkəmə tərkibinə etiraz ediblər.

Prokuror və zərərçəkmiş şəxslər verilən vəsatətin əsassız olduğunu bildirək onların baxılmamış saxlanılmasını istəyib.

Məhkəmə vəsatəti baxılmamış saxlayıb.

Sonra təqsirləndirilən şəxslər tərəfindən zərərçəkmiş A. Alışanovun məhkəməyə çağırılması və o gələnədək məhkəmə baxışının təxirə salınması haqqında vəsatət verilib.

Məhkəmə vəsatəti qismən təmin edib. Belə ki, hakim A. Alışanovun məhkəməyə gəlməsi üçün ona bildiriş göndəriləcəyini deyib.

Sonra prosesdə şahidlər ifadə verib.

Proses iyunun 1-də davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd), 178-ci (dələduzluq) və digər maddələrinə əsasən ittiham olunurlar.

Femida.az

Açar sözlər: #Məhkəmə   #Hakim   #Alışanov   #Hökm  

Oxunub: 1460