Lavrov həmsədrlərlə görüşdü


14:29     28 Sentyabr 2015 lavrov5.jpg

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb.


Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Məlumatda qeyd olunur ki, Nyu-Yorkda keçirilən BMT-nin Baş Assambleyasının 70-ci sessiyasında iştirak edən S. Lavrov həmsədrlərlə (Ceyms Uorlik, İqor Popov və Pier Andryu) görüşüb. Görüşə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də qatılıb.

Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıqlarla bağlı Lavrova məlumat veriblər.

Açar sözlər:

Oxunub: 492