Ermənilərin atəşə tutduğu kombayna 11 güllə dəyib - VİDEO


21:14     29 May 2018 2018/05/91c78952-13dc-4753-8e9c-15f2ab9543e4_1527599729.jpg

Ermənistan silahlı bölmələri tərəfindən atəşə məruz qalan kombayna 11 güllə dəyib.


Femida.az "Report"a istinadən xəbər verir ki, mayın 29-da səhər saatlarında ermənilər Füzuli rayonunun işğal olunmuş Qorqan kəndi istiqamətində yerləşən mövqelərində atəşəkəsi pozub. Bu zaman taxıl sahəsində apra biçini işlərini aparan, rayonun Əbdülrəhmanlı kənd sakini Taleh Kamandar oğlu Həsənovun idarə etdiyi kombayn atəşə məruz qalıb.

Xəsarət alan olmasa da kənd təsərrüfatı texnikasına ciddi ziyan dəyib.


Açar sözlər: #Ermənistan   #Azərbaycan  

Oxunub: 4446