İşlədiyi bankın pullarını mənimsəyən şəxs: "Avtoritetlər hədələyirdi"


21:34     29 May 2018 Mehkeme-zali-qandalli.jpg


“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin külli miqdarda mənimsəmədə və vəzifə saxtakarlığında təqsirləndirilən Yasamal rayon filialının fiziki şəxslərlə iş şöbəsinin keçmiş məsləhətçisi - Rüfət Muradov və onun tanışı Anar Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Femida.az-ın məlumatına görə, Bakı Ağır Cianayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Rüfət Muradov əməliyyatçı işlədiyini deyib: "Anarı uzun müddətdir tanıyıram, münasibətimiz olub. Bir neçə dəfə çay içib söhbət etmişik. Dedi ki, bankda işləyirsən, gəl pul çıxardaq. Bildirdi ki, dost tanış var, pul çıxarmağa imkan var. Anar özü kriminal adamdır. Ləqəbi "Tsiqan"dır. Mənim balam var, belə bir iş görməzdin. Hədə qorxu gəldilər ki, pulu çıxartmalısan. Bir neçə ay bu söhbət davam edib. Yaşamaq uğrunda mübarizə aparmışıq. Anar 2007-ci ildən tanımışam. Onu yaxşı tanımamışam. Tez bir zamanda dostum olduğunu düşünmüşdüm, yanılmışam. Sonra məsələ elə oldu ki, hədələrə dözə bilmədim. Həmişə bahənələr edirdim. 2015-ci ilin sonlarında onların dedikləri kimi edib çıxartdıq. Amma 2 il sonra üstü açıldı. Qorxumdan heç kimə şikayət edə bilmədim. Dediyim kimi hamısı kriminal aləm üzvüdürlər. Anarı dəfələrlə silahla polis saxlayıb, lakin o çıxıb".

Çıxışını davam etdirən təqsirləndirilən şəxs bildirib ki, onu silahla hədələyiblər: "Xəsarət yetirməyib, lakin hədələyiblər. Polisə gedib deyə bilmirdim. Anar özü deyirdi ki, kriminallar bu işi ona tapşırıblar. İşdən də çıxsaydım, məni öldürəcəklər. İndi maşında gələndə mənə deyirdi ki, bütün cəzaçəkmə müəssisələrində adamı var. Bunları danışsam yaxşı olmayacaq. İndi danışıram ki, qoy mənə nə olur olsun, gələcəkdə uşaqlarım bilsin ki, ataları bu cür olub".

Proses iyunun 5-də davam edəcək.

Qeyd edək ki, R.Muradov bankda vəzifədə işlədiyi dövrdə tanışı A. Vəliyevlə müştərilərin vəsaitini tamah yolu ilə mənimsəyərək onların ümumilikdə 118 min manat məbləğində pul vəsaitini ələ keçirməkdə ittiham olunur.

Femida.az

Açar sözlər: #bank   #məhkəmə   #kriminal   #cinayət  

Oxunub: 1626