Buraxılış imtahanlarının vaxtı açıqlandı
15:08 30 May 2018
9-cu və 11-ci siniflərin buraxılış imtahanlarının keçirilmə qrafiki açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən Femida.az-a verilən məlumata görə, ümumi orta təhsil bazasında (9-cu sinif) buraxılış imtahanlarının II mərhələsi və tam orta təhsil bazasında (11-ci sinif) buraxılış imtahanları əvvəlcədən elan olunduğu kimi 2018‑ ci il 21, 27 iyun və 3 iyul tarixlərində aşağıdakı qrafikə uyğun keçiriləcək.
21.06.2018 - Bakı, Şirvan, Naxçıvan Muxtar Respublikası
27.06.2018 - Sumqayıt, Abşeron, Gəncə, Göygöl, Samux, Naftalan, Goranboy, Daşkəsən, Şəki, Oğuz, Qəbələ, Lənkəran, Astara, Biləsuvar, Ağsu, Zərdab, Şamaxı, Kürdəmir, Ağdam, Yevlax, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Xaçmaz, Şabran
03.07.2018 - Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Mingəçevir, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı, Lerik, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Xocavənd, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən, Xızı
10.07.2018 - Əvvəlki illərin məzunları və eksternat
Məcburi köçkün rayonlarından olan şagirdlər buraxılış imtahanını orta ümumtəhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) yuxarıdakı qrafikə uyğun verəcəklər.
Heydər Əliyev adına Hərbi Lisey və C.Naxçıvanski adına Hərbi liseyin şagirdləri üçün imtahan iyunun 21‑də, Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəbləri, tədrisi ingilis dilində olan məktəblər, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində olan məktəblərin şagirdləri üçün iyulun 3-də keçiriləcək.
Femida.az
Oxunub: 1353
Oxşar xəbərlər
- Azərbaycanla Ermənistanın dövlət sərhədindəki buraxılış məntəqələri müəyyənləşib
- Bu gün IX sinif şagirdləri üçün buraxılış imtahanı keçiriləcək
- Buraxılış imtahanında az bal toplayanlar qəbul imtahanında iştirak edə bilərmi? - AÇIQLAMA
- Bu gün IX sinif şagirdləri buraxılış imtahanı verir
- Buraxılış imtahanında maksimal bal toplayan abituriyentlərin adları açıqlanıb
- Bu gün 11-ci siniflər üçün buraxılış imtahanları keçiriləcək
- Bu gün 24 mindən çox şagird buraxılış imtahanı verəcək
- Həftəsonu 47 mindən çox şagird buraxılış imtahanı verəcək
- Azərbaycan-İran sərhədində iki yeni gömrük-sərhəd buraxılış məntəqəsi inşa edilə bilər
- Türkiyədə Azərbaycanın hərbi dənizçilərinin buraxılış mərasimi keçirilib