Külli miqdarda narkotik vasitə ələ keçirildi
16:20 30 May 2018
Polis əməkdaşlarının narkotiklərlə mübarizə istiqamətində mayın 29-da keçirdikləri tədbirlər nəticəsində 5 kiloqramdan artıq narkotik vasitə, həmçinin xeyli sayda kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli bitkilər aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Pirallahı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Cəmil Əliyev Gürgan qəsəbəsi ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı ondan nömrəsi silnmiş “Revolver” tipli tapança, 4 ədəd patron, həmçinin əlindəki paketdə çəkisi 2 kiloqram 400 qram marixuana aşkar edilərək götürülüb. Onun əvvəllər Cinayət Məcələsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunduğu da müəyyən edilib.
Qax Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Qıpçaq kənd sakini Pərviz Osmanlıdan 2 kiloqram 815 qram marixuana aşkar edilib.
Sabunçu RPİ 15-ci Polib Bölməsinin əməkdaşları tərəfindən Pirşağı qəsəbə sakini Habil Əminova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 11 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Götürülmüş maddi sübutlar ekspertizaya təqdim olunub. Faktlarla bağlı cinayət işləri başlanılıb.
Femida.az
Oxunub: 988
Oxşar xəbərlər
- Polisin sinəsinə yerlədirilmiş kameraya düşən əməliyyatın ŞOK GÖRÜNTÜLƏRİ - VİDEO
- Bakıda polisin oteldə tutduğu qadın görün kimdir - DETALLAR
- Polis ”Kubinka”da əməliyyat keçirib, 8 saxlanılıb
- Yol polisi sürücülərə çağırış edib
- DİN: "Şabrandakı yanğında polis və mülki əhali arasında xəsarət alan olmayıb"
- DYP: "Bayram günləri polis gücləndirilmiş iş rejimində xidmət aparır"
- DİN-də polis mayoruna yüksək vəzifə verilib
- DİN Ağsu sakininin polis zorakılığına məruz qalması barədə iddialara münasibət bildirib
- Sumqayıtda sabiq polis əməkdaşı intihar edib
- Bakıda polis əməliyyat keçirib, 1 kq-dan çox heroin aşkar edilib