Katalonlar səsini verdi - İspaniya parçalanır


15:24     28 Sentyabr 2015 katalonlar.jpg

İspaniyadan müstəqillik tələb edən kataloniyalılar dünən növbədənkənar parlament seçkilərində iştirak edib.


İlkin hesablamalara görə, müstəqillik istəyən partiyalar yüksək səs faizinə sahib olublar. İspaniyanın asılılığında olan Kataloniya vilayətində dünən parlament seçkiləri keçirilib.

Seçkilərdə 5.5 milyon insanın iştirak edib. Bu isə bu zamana qədərki ən yüksək rəqəmdir. Səslərin ilkin nəticələrinə görə Kataloniyanın müstəqilliyini istəyən partiyalar daha yüksək səs faizi əldə ediblər. Kataloniyanın dövlət televiziyası TV3 - ün verdiyi məlumata görə "Junts pel Si" (Bəli üçün birlik) partiyası seçkilərdə qələbə qazanıb. Lakin həmin partiyanın təkbaşına hökümət quracağı ehtimalı real görsənmir. Çox güman ki, koalisiyalı hökumət qurulacaq.

Kataloniya bayram yerinə döndü...

Ən yüksək səs faizini əldə edən "Junts pel Si" ittifaqının qatı milliyyətçi partiya hesab edilən "Xalq Birliyi" partiyası ilə koalisiyalı hökumət quracağı güman edilir. Bu isə katalonların çoxdan arzuladıqları vəziyyət idi. Buna görə də səslərin ilkin nəticələrinin ardından milyonlarla insan Kataloniyanın mərkəzi meydanına yığışaraq müstəqillik şüarı səsləndirdilər.

Addım-addım müstəqilliyə...

Kataloniyanın müstəqillik əldə etməsi üçün ilk növbədə müstəqilliyə can atan partiyalar parlamentdəki 135 yerdən 68-ni qazanmalı idi. Belə olacağı təqdirdə 18 ay içində müstəqillik üçün ümumxalq referendumu keçirilməli idi. Buna görə də, yaxın vaxtlarda Kataloniyada referendumun keçirilməsi istisna edilmir. Hazırda gəldiyimiz nəticə isə ondan xəbər verir ki, Kataloniyanın müstəqilliyi ilə bağlı müzakirələr yeni mərhələyə qədəm qoyacaq.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 2448


Oxşar xəbərlər