Azərbaycanlı alim beynəlxalq jurnalın üzvü seçilib
17:51 30 May 2018
Bakı Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Amil Məhərrəmov nüfuzlu beynəlxalq “Humanities and Social Science Research” (“Humanitar və sosial elmlər”) jurnalının redaksiya heyətinin üzvü seçilib.
Femida.az xəbər verir ki? “Humanities and Social Science Research” açıq girişli, «double-blind» tipli rəydən keçirilən beynəlxalq elmi jurnaldır. “IDEAS SPREAD” nəşriyyatı tərəfindən çap olunan jurnalda antropologiya, sosiologiya, siyasət, mədəniyyət, fəlsəfə, iqtisadiyyat, təhsil, menecment, incəsənət, psixologiya, arxeologiya, dilçilik, hüquq və siyasət, ədəbiyyat, fəlsəfə və din sahələri ilə bağlı elmi məqalələr nəşr olunur.
Jurnalın Böyük Britaniya və ABŞ daxil olmaqla, müxtəlif ölkələrdən nüfuzlu elm adamlarından təsis olunan redaksiya heyətinə ilk dəfə olaraq Azərbaycan elm adamı daxil edilir.
Qeyd edək ki, ölkəmizin tanınmış iqtisadçısı olan Amil Məhərrəmov, eyni zamanda, “Beynəlxalq hüquq və inteqrasiya problemləri” jurnalının həmredaktoru, “İqtisadi və siyasi elmlər” jurnalının redaksiya şurasının sədri, Yeddicildlik “Böyük İqtisadi Ensiklopediya”nın Baş redaktorunun müavini, Azərbaycan Kooperasiya Universitetinin “Kooperasiya” elmi-praktiki jurnalının redaksiya heyətinin üzvüdür.
Femida.az
Oxunub: 1440
Oxşar xəbərlər
- Ulu öndər Heydər Əliyev tarixdə və azərbaycanlıların qəlbində əbədi olaraq qalacaq
- Ukrayna ordusunun daha bir azərbaycanlı hərbçisi həlak olub
- Yadplanetlilərin iki dəfə qaçırdığı azərbaycanlı - SƏBƏB NƏDİR? (VİDEO)
- Gürcüstanda qətl törədən azərbaycanlı gənc saxlanılıb
- Ukraynada raket zərbələri nəticəsində azərbaycanlı ailə həlak olub
- Almaniyada qətl törədən azərbaycanlı axtarışa verilib, prosesə helikopterlər cəlb olunub
- Gürcüstanda azərbaycanlı gəncin meyiti tapılıb, yaxınları öldürüldüyünü iddia edir
- Rusiyada azərbaycanlı adının "qəribəliyinə" görə saxlanılıb
- Azərbaycanlı aktyor belə öldürüldü - DƏHŞƏTLİ VİDEO YAYILDI
- Azərbaycanlı aktyor qətlə yetirildi - FOTO