İşsizliyin azaldılması üçün qanuna əlavə olundu


19:25     30 May 2018 milli1.jpg


“Məşğulluq haqqında” qanun layihəsinə ikinci oxunuşda yeni fəsil əlavə olunur.

Femida.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında bildirilib.

Deputat Adil Vəliyev bildirib ki, burada məqsəd işsizliyin azaldılmasıdır.

Üç maddədən ibarət olan yeni V fəsildə bildirilir ki, şəxsin məşğulluğuna dair məlumatlar məşğul şəxslərin reyestrinə daxil edilmədikdə qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması məqsədilə müvafiq icra hakimiyyəti orqanı ilə məşğulluğun leqallaşdırılması sahəsində nəzarəti həyata keçirən orqanlar tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq birgə nəzarət tədbirləri həyata keçirilir.

Femida.az

Açar sözlər: #milli_məclis   #qanun   #parlament   #işsizlik  

Oxunub: 4896