Dağıstanda Cümhuriyyətin 100 illiyi qeyd olundu - Fotolar


20:48     30 May 2018 18_05_30_1527684506.jpg


Dağıstanın paytaxtı Mahaçqalada Azərbaycan Respublikasının 100 illiyinə həsr olunmuş bayram tədbiri keçirilib. Tədbirdə Dağıstan Milli Siyasət Nazirliyi və Mahaçqala azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti tərəfindən təşkil edilib.

Milli Siyasət Naziri Tatyana Qamaley çıxışında Dağıstanda yaşayan azərbaycanlıları təbrik edib:

“Burada 100 illikdə bərabər olmaq, dərin tarixi və mədəni köklərə malik olmaq deməkdir. Gənclər üçün qürurverici bir andır. Xalqlarımızın ekoloji, iqtisadi maraqları, mədəniyyət və adət-ənənələri bənzərdir.

Rusiyalı politoloq Sergey Markedonov isə bunları deyib:

“Biz Azərbaycana yaxından bağlıyıq. Rusiyalı politoloq Sergey Markedonov isə bildirib ki, Azərbaycanlılar Dağıstanda xüsusi etnik qrupdur, bura onlar üçün ikinci evdir. Qonşuluq və bölgədə inkişaf hamımız üçün vacibdir”.

Tədbirdə Mahaçqala azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Rakif Əzizov, "Dədə Qorqud" xeyriyyə fondunun rəhbəri Rafiq, Dağıstan Azərbaycan Dövlət Dram Teatrının direktoru Firdovsi Əsgərov, Dərbənddə yaşayan azərbaycanlıların milli mədəni muxtariyyətinin sədri Telman Tahirli və başqaları iştirak ediblər.







Femida.az

Açar sözlər: #Dərbənd   #Dağıstan   #Rusiya   #respublika   #bayram  

Oxunub: 1934