“Qəbələ”nin baş məşqçisi bəlli oldu
21:34 30 May 2018
“Qəbələ”nin yeni baş məşqçisi müəyyənləşib.
Femida.az klubun saytına istinadən xəbər verir ki, ukraynalı Roman Qriqorçukun istefasından sonra boş qalan vəzifəyə Sənan Qurbanov təyin edilib. 38 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
Futbolçu kimi “Qarabağ” (1998-2000), “Dinamo” (2000-03), “Şəfa” (2003), “Saypa” İran (2004), “MKT-Araz” (2004-05), “Şahdağ” (2005-06), “Qəbələ” (2006-07), AZAL (2007), ABN (2007-08), MOİK (2008), “Muğan” (2009) klublarında çıxış edən hücumçu Azərbaycanın həm gənclər, həm də əsas milli komandalarında forma geyinib. O, əsas yığmada 1 oyun keçirib. Qurbanov 2004-cü il martın 31-də Moldova ilə səfər matçında (1:2) meydana çıxıb.
Qurbanov futbolçu karyerasını başa vurduqdan sonra məşqçi kimi fəaliyyətə başlayıb. O, 2012-ci ilin yayından baş məşqçi kimi təyinatınadək “Qəbələ”nin əsas komandasında yardımçı məşqçi kimi fəaliyyət göstərib. 2014-cü ilin dekabrında Dorinel Muntyanu ilə yollar ayrıldıqdan sonra Qurbanov “qırmızı-qaralar”ı baş məşqçi kimi Premyer Liqada 3 matça çıxarıb. Bu oyunlarda “Qəbələ” 1 qələbə qazanıb, 2 heç-heçə edib.
Femida.az
Oxunub: 1039
Oxşar xəbərlər
- Qəbələdə 35 yaşlı qadın itkin düşüb - FOTO
- Qəbələdə kişi meyiti aşkarlanıb
- Qəbələdə avtomobil ağaca çarpılıb, ata ölüb, oğlu xəsarət alıb
- Energetika naziri Qəbələdə vətəndaşları qəbul edəcək
- Prezident İlham Əliyev Qəbələdə yol tikintisinə 12,7 milyon manat ayırıb
- Qəbələdə bacısı və dayısı oğlunu bıçaqlayan şəxsin cinayət işi məhkəməyə göndərilib
- Qəbələdə tələbə tüfənglə özünü öldürüb
- Qəbələdə qanunsuz ağac kəsimi ilə bağlı cinayət işi başlanılıb
- Qəbələdə meşədə yanğın başlayıb
- Qəbələdə qətlə yetirilən qadının ərinin sevgilisi də tutulub