Bu Avropa ölkəsi Azərbaycanla viza rejimini ləğv etdi


21:41     30 May 2018 pasport_esas.jpg

Serbiya Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv edir.

Femida.az xəbər verir ki, məlumatı Serbiya Xarici İşlər Nazirliyinin Mətbuat xidməti yayıb.

Bildirilib ki, Azərbaycan vətəndaşları iyunun 2-dən Serbiyaya vizasız səfər edə biləcəklər.

Xatırladaq ki, Serbiya prezidenti Aleksandr Vuçiç mayın 21-22-də Azərbaycanda rəsmi səfərdə olub. Səfər zamanı bir sıra ikitərəfli sənədlər imzalanıb.

Femida.az

Açar sözlər: #viza   #Serbiya   #səyahət  

Oxunub: 1348