Voleybolçularımız Bolqarıstan millisini məğlub edib


01:58     31 May 2018 18_05_30_1527700074.jpg

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında növbəti oyununa çıxıb.


Femida.az xəbər verir ki, Faiq Qarayevin yetirmələri Bolqarıstanla qarşılaşıb.

Oyun millinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qrupun paralel oyununda isə Ukrayna Portuqaliyanı sınağa çəkib. Ukrayna bu görüşdə rəqibini 3:1 hesabı ilə üstələyib.

Qeyd edək ki, bu nəticədən sonra aktivində 9 xalı olan Azərbaycan yığması turnir cədvəlində Bolqarıstanla birlikdə 1-2-ci yerləri bölüşdürür.

Açar sözlər:

Oxunub: 1404