Bulvarda attraksionlar pulsuz olacaq - ŞAD XƏBƏR


14:03     31 May 2018 2018/05/atraksion_1527746871.jpg

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ilə Heydər Əliyev Mərkəzinin təşkil etdiyi “Uşaq festivalı” çərçivəsində Dənizkənarı Milli Parkda attraksionlardan, qatarlardan və gəmi gəzintisindən uşaqların ödənişsiz istifadə aksiyası keçiriləcək.


Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi Aparatının Dövlət Bayrağının təbliğı və beynəlxalq əməkdaşlıq şöbəsinin İctimai əlaqələr sektorunun müdiri Anar Həsənovun Femida.az-a verdiyi məlumata görə, aksiyada yaşı 16-ya qədər uşaqlar iyunun 1-də saat 10:00-dan 13:00-dək Dənizkənarı Milli Parkda əyləncə vasitələrindən istifadə edə bilərlər. Aksiyada 3 uşaq qatarı, 2 avtodrom, 2 karnaval, uşaq pavliyonu, “Qorxulu Ev”, “Pirat”, ”Möcüzələr dünyası”, “Qüllə” attraksionları, “Mirvari” gəzinti gəmisi azyaşlılara ödənişsiz xidmət göstərəcək.

Aksiyanın yüksək səviyyədə təşkili üçün Dənizkənarı Bulvar İdarəsi gücləndirilmiş iş rejimində çalışacaq.

Femida.az

Açar sözlər: #Bulvar   #Aksiya   #Dənizkənarı   #Beynəlxalq   #Attraksion  

Oxunub: 1903