Usubov olimpiya çempionunu təbrik etdi


14:42     31 May 2018 2018/05/Nazir-1527747778_1527749058.jpg

Mayın 29-da DİN-in İdman Cəmiyyətinin sədri, polis polkovniki, Olimpiya, dünya və Avropa çempionu, respublikanın əməkdar idman ustası Zemfira Meftahəddinovanın ad günü olub. Bu münasibətlə DİN-də keçirilən tədbirdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov onu təbrik edib.



Azərbaycan bayrağını mötəbər beynəlxalq arenalarda dalğalandıran dünya şöhrətli idmançımızın həm də daxili işlər orqanlarında idmanın inkişafında və təbliğində xüsusi rolunu vurğulayıb.

Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, Ulu öndərimizin diqqət və qayğısı ilə həyata keçirilən, möhtərəm dövlət başçımızın uğurla davam və inkişaf etdirdiyi idman siyasəti nəticəsində bu gün Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığına, bir çox möhtəşəm beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsinin artıq ənənə halı aldığına diqqət çəkən nazir R.Usubov təmsilçilərimizin bu gün dünyanın ən güclüləri sırasında olduqlarını, polis polkovniki Zemfira Mehtahəddinovanın ilk sırada yer tutaraq müstəqilliyimiz dövründə Sidney və Afina olimpiadalarında qazandığı tarixi qələbələri nəzərə çatdırıb.

General-polkovnik Ramil Usubov bu nailiyyətlərə qədər DİN İdman Cəmiyyətinin yetirməsi kimi Z.Meftahəddinovanın dünya və Avropa çempionatlarında ölkə idmanının şərəfini layiqincə qoruduğunu, 1994-cü ildən polis zabiti kimi bu qurumun sıralarında müxtəlif vəzifələrdə çalışdığını, daxili işlər orqanları əməkdaşlarının fiziki hazırlığının artırılması üçün böyük əmək sərf etdiyini, xidmətlərinin dövlət tərəfindən “Şöhrət” ordeni, “Tərəqqi” medalı ilə qiymətləndirildiyini məmnunluqla xatırladıb, təltif olunduğu DİN-in “Fəxri fərman”ını ona təqdim edib.

Barəsində deyilən xoş sözlərə, ölkə və DİN rəhbərliyinin xüsusi diqqət və qayğısına görə minnətdarlığını bildirən Zemfira Meftahəddinova idmanımızın inkişafı üçün bundan sonra da əlindən gələni əsirgəməyəcəyini deyib.



Femida.az

Açar sözlər: #Usubov   #Olimpiya   #Meftahəddinova  

Oxunub: 2864