Parlamentdə büdcənin icrası müzakirə olunur
16:40 31 May 2018
Milli Məclisin bu gün keçirilən plenar iclasında 2017-ci ilin dövlət büdcəsinin icrası müzakirə olunur.
Femida.az xəbər verir ki, büdcənin icrası barədə Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.
Qeyd olunub ki, 2017-ci il dövlət büdcəsinin mədaxili 16,517 mlrd. manat və yaxud 98,5% icra olunub. Dövlət büdcəsinin transfert nəzərə alınmadan gəlirləri 10,417 mlrd. təşkil edib. Bu da 2016-ci illə müqayisədə 526 mln. manat və yaxud 5,3% çoxdur. Büdcə daxilolmalarının 8,633 mlrd. manatı qeyri-neft sektorunun hesabına təmin olunub. Bu da 2016-cı ilə nisbətən 352 mln. manat və yaxud 4,3% çoxdur.
2017-ci ildə qeyri-neft sektorundan büdcə daxilolmalarının xüsusi çəkisi 2016-cı illə müqayisədə 5% bəndi artaraq 52,3% təşkil edib.
Azərbaycan Dövlət Neft Fondundan 6,1 mlrd. manat vəsait tranfert olunub ki, bu da illik müqayisədə 19,9% azdır. Azərbaycan Mərkəzi Bankının mənfəətindən büdcəyə 250 mln. manat ödənilib.
2017-ci ildə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 98,1% və yaxud 17,595 mlrd. manat səviyyəsində icra olunub. Xərclərin 62%-ni cari xərclər təşkil edib.
2017-ci ildə icmal büdcənin gəlirləri 24 mlrd. manat və yaxud 104,8%, xərcləri isə 25 mlrd. manat və yaxud 82,4% səviyyəsində icra olunub. İcmal büdcənin kəsiri 1,1 mlrd. manat təşkil edib ki, bu da ölkənin Ümumi Daxili Məhsulunun (ÜDM) 1,6%-i deməkdir.
Femida.az
Oxunub: 775
Oxşar xəbərlər
- Cavanşir Feyziyev parlamentdəki daha bir vəzifəsindən çıxarılıb
- Avropa Parlamenti Aİ-də şəffaflığın və demokratiyanın vəziyyətindən narahatdır
- Kanada parlamenti Rusiyanın Ukraynada hərəkətlərini soyqırım kimi tanıyıb
- Parlament güclü təsir edən maddələri satanların 10 il həbs olunmasına dair layihəni qəbul edib
- Pakistan parlamenti Baş nazirə etimadsızlıq göstərib, İmran Xan istefaya gedib
- Avropa Parlamenti Rusiyaya qarşı yeni sanksiyaları dəstəkləyəcək
- Milli Məclisin komitə sədri Ermənistan parlamentinin rəhbəri ilə görüşüb
- Türkiyə parlamentinin komissiyası Şuşa Bəyannaməsini təsdiqləyib
- Azərbaycan parlamenti Şuşa Bəyannaməsini təsdiqləyib
- Parlamentin yaz sessiyasının işlər planı təsdiqlənib