Sərhədi pozan Türkiyə vətəndaşı saxlanıldı
19:26 31 May 2018
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşları 1 nəfər əcnəbi vətəndaş tərəfindən dövlət sərhədinin pozulmasının qarşısını alıb.
DSX-dan Femida.az-a bildirilib ki, hadisə Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində baş verib. Cəlilabad rayonunun Dələli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadında olan sərhədçilər tərəfindən qaraltı müşahidə olunub. Sərhəd zastavasının şəxsi heyəti “Silaha” komandasına qaldırılıb, hadisə yerində nəzarət iz zolağında İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində 1 nəfər şəxsin ayaq izləri aşkar olunub.
Dərhal həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində dövlət sərhədini pozmuş şəxs Cəlilabad rayonunun Şükürlü kəndi ərazisində saxlanılıb. Sərhəd pozucusunun Türkiyə vətəndaşı 1979-cu il təvəllüdlü Yeniyol Vedat Fərhad oğlu olması müəyyən edilib. Saxlanılmış şəxs barəsində zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.
Femida.az
Oxunub: 1128
Oxşar xəbərlər
- Sərhədin Laçın və Kəlbəcər istiqamətlərində Ermənistanın xeyli canlı qüvvəsi və hərbi hissələri məhv edilib
- Sərhədi qanunsuz keçənlər saxlanılıb - Külli miqdarda narkotik götürülüb
- Sərhədi qanunsuz keçmək istəyən şəxs tutuldu
- Sərhədi pozmaq istəyən 8 nəfər saxlanılıb
- Sərhədi qanunsuz pozanlar saxlanıldı
- Sərhədi qanunsuz keçən 4 nəfər tutuldu - FOTO
- Sərhədi qanunsuz keçmək istəyən 3 banqladeşli tutuldu
- Sərhədi pozmağa cəhd edən üç nəfər saxlanıldı
- Sərhədi pozan İran vətəndaşı saxlanılıb - FOTOLAR
- Sərhədi pozmağa çalışanlar tutuldu