Nazir 52 həkimi cəzalandırdı


17:52     28 Sentyabr 2015 oqtay%20shireliyev12.jpg


Bu ilin 9 ayı ərzində Səhiyyə Nazirliyinin "Qaynar xətt" və "Elektron Səhiyyə" xidmətlərinə 28 mindən artıq müraciət daxil olub.

Nazirlikdən Femida.az - a verilən məlumata görə, müraciətlərin yalnız 13%-ni səhiyyə müəssisələrinin bu və ya digər əməkdaşının göstərdiyi xidmət səviyyəsindən şikayət təşkil edib.

Vətəndaşların müraciətləri əsasında aparılan yoxlamalar nəticəsində bu il ərzində səhiyyə sistemində çalışan 52 şəxs barəsində qəti məsuliyyət tədbirləri görülüb.

“Qaynar xətt” və “Elektron Səhiyyə” xidmətlərinə müalicə məqsədi ilə xarici dövlətlərə müəyyən vəsait sərf edib səfər etmiş daha sonra uğursuz nəticələrlə müraciət edənlərdə az deyil. Bu hallarda fəsadlaşma baş verməsinə baxmayaraq, “Qaynar xətt” xidmətinin əməkdaşları müraciət edən şəxsləri Səhiyyə Nazirliyinin baş mütəxəssisləri ilə əlaqələndirir, zəruri müalicənin təyin olunmasını təmin edirlər”.

Məlumatda o da qeyd olunub ki, əvvəlki illərlə müqayisədə xaricdə müalicə üçün müraciətlərin sayı xeyli azalıb.

Açar sözlər:

Oxunub: 1009