Evi satıb arvadını küçəyə atan şəxs məhkəməni də saymır - ŞOK FAKTLAR+VİDEO


19:59     31 May 2018 18_05_31_1527767258.jpg

Sumqayıt şəhər sakini Nəcəfova Xoşgül İzzət qızının əri tərəfindən evinin satılması və küçələrə atılması barədə məlumat vermişdik.



2014-cü ildə ailə həyatı qurduğu Allahverdiyev Zaur Mənsim oğlu Xoşgül Nəcəfovaya məxsus evi satdıqdan sonra onu küçələrdə qoyaraq Rusiya Federasiyasına qaçıb. Evlilikdən əvvəl Zaura Allahverdiyev Xoşgül Nəcəfovadan borc olaraq 23 min dolları qaytarmadığı üçün iş məhkəməyə qədər uzanmışdı.Bir müddət əvvəl Femida.az -a müraciət edən Xoşgül Nəcəfova Sumqayıt Şəhər Məhkəməsinin 2014-cü ildə çıxardığı qərar bu günə kimi cavabdeh şəxs tərəfindən icra olunmadığını və müxtəlif bəhalərlə icradan yayındığını bildirmişdi.

Femida.az xəbər verir ki,cavabdeh şəxs Allahverdiyev Zaur Mənsim oğlu qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra etmədiyi üçün Sabunçu rayon Məhkəməsi tərəfindən cərimə olunub. Məsələ ilə bağlı saytımıza yenidən müraciət edən Xoşgül İzzətova ərindən rəsmi qaydada boşandığını və ona verdiyi saxta sənədlə bağlı da məhkəməyə müraciət edəcəyini bildirib.

" Sizin saytınızda ərimin başıma gətirdiyi oyunlarla bağlı məlumat vermişdim.Məhkəmə qərar çıxarmışdı ki, Zaur məndən natarius qaydasında aldığı 23 min dollar pulu geri qaytarsın. Buna baxmayaraq bu qərar 4 ildir ki, yerinə yetirilmirdi. Məsələ mətbuatda işıqlandırıldıqdan sonra Sabunçu İcra Şöbəsinin icra məmuru Orxan Əliyev yuxarı rəhbərlik tərəfindən cəzalandırıldı. İşin icra edilməsi Təranə xanım adlı icra məmuruna tapşırıldı.Təranə xanım cavabdeh şəxs Zaur Allahverdiyevin məhkəmə qərarını icra etməməsini əsas gətirərək işi məhkəməyə yönləndirdi. Sabunçu rayon məhkəməsinin hakimi Fəqan Əhmədovun sədrliyi ilə keçirilən prosesdə Zaur 500 manat cərimə edildi və bir ay müddətinə 23 min dolları ödəməli olduğu qərarını verdi.İndi qərarın icra olunmasını gözləyirik. Bu məsələdə sona qədər gedəcəm. Mən artıq hüquqlarımı bilən qadınam.", deyə şikayətçi bildirib.




Femida.az -ın araşdırması zamanı məlum olub ki,Sabunçu Rayon İcra şöbəsinin icra məmuru Xəyalə Məmmədova borclu Allahverdiyev Zaur Mənsim oğlu barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edərək məhkəməyə göndərib.Həmin protokol əsasında hakim Fəqan Əhmədovun sədrliyi ilə keçirilən iclasda çıxarılmış qərara əsasən Allahverdiyev Zaur Mənsim oğlu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilindiyindən 500(beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin.





Xoşgül Nəcəfovanın sözlərinə görə,məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmasına baxmayaraq Zaur Allahverdiyev qanunlara tabe olmur. Bununla bağlı Ədliyyə Nazirliyinin İcra baş İdarəsinə dəfələrlə şikayət etmələrinə baxmayaraq tədbir görən yoxdur. Xoşgül Nəcəfova onu da bildirib ki, keçmiş həyat yoldaşı guya əlil olmasını və imkanı olmadığı əsas gətirərək icradan yayınır. Bunun yalan olduğunu bildirən xanım keçmiş ərinin müxtəlif məkanlarda dostları ilə normal şəkildə dincəldiyi fotoları da saytımıza təqdim edib.



Femida.az məsələ ilə bağlı Ədliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr idarəsi ilə əlaqə saxlayıb.İdarədən bildiriblər ki, icra ilə bağlı hər hansı bir şikayəti olan vətəndaş Qaynar Xəttə şikayət etməklə iradını bildirə və qəbula yazıla bilər.

Femida.az məsələni diqqətdə saxlayacaq.


Xoşgül İzzətovanın müraciəti ilə bağlı hazırladığı videonu təqdim edirik:



Miri Məcidli
Femida.az

Açar sözlər: #Video   #YouTube   #Məhkəmə   #ədliyyə_Nazirliyi   #Şikayət   #Hüquq   #Məhkəmə   #Sumqayıt   #Hakim   #Müstəntiq   #Fikrət_Məmmədov  

Oxunub: 6686