Polşada təyyarə qəzaya uğradı - 2 nəfər öldü


22:12     31 May 2018 2018/05/655589_1527768210.jpg

Polşada yüngülmühərrikli təyyarə qəzası baş verib.



Femida.az xəbər verir ki, Lodzinski rayonunda baş vermiş təyyarə qəzası zamanı 2 nəfər ölüb.

İlkin məlumata görə, təyyarənin eniş edərkən qəzaya uğrması ehtimal olunur. Lakin qəzanın hansı səbəbdən baş verməsi hələ dəqiq məlum deyil.

Hadisə yerinə tibbi yardım briqadası cəlb olunub. Hazırda insidentlə əlaqədar prokurorun rayona səfəri gözlənilir.

Femida.az

Açar sözlər:

Oxunub: 983