Türkiyədə terror aktı - 20 əsgər yaralanıb


18:00     28 Sentyabr 2015 pkk6.jpg

PKK terror təşkilatı Türkiyədə növbəti terror aktını törədib.


Femida.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu gün saat yerli vaxtla saat 08.00 radələrində Bitlis vilayətinin Tatvan rayonunda, Van gölü sahilində yerləşən Tatvan hərbi şəhərciyinin yaxınlığındakı yoldan hərbi maşın keçərkən partlayıcı qurğu işə salınıb.

Nəticədə 20 əsgər yaralanıb. Hərbçilər xəstəxanalara yerləşdirilib, həyatları üçün təhlükə yoxdur. Partlayışı törədən PKK terrorçularının yaxalanması üçün əməliyyat başladılıb.

Hakkari Valiliyi isə dünən axşam saatlarında baş verən atışma nəticəsində 1 terrorçunun öldürüldüyü, hadisə yerindən 2 qumbaraatan, 1 tapança və çoxlu sayda güllə aşkarlandığı barədə məlumat yayıb.

Açar sözlər:

Oxunub: 801