Yeni rektor kimdir? -DOSYE


23:20     31 May 2018 2018/05/1525180391ilahiy_1527780027.jpg

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edib. Dövlət başçısının imzaladığı sərəncamla Ceyhun Valeh oğlu Məmmədov bu insituta rektor təyin olunub.


Femida.az xəbər verir ki, Ceyhun Məmmədov 28 yanvar 1975-ci ildə Cəbrayıl rayonunun Şükürbəyli kəndində dünyaya gəlib. Yeni rektor Xəzər Universitetinin ilahiyyat üzrə fəlsəfə doktorudur. Namizədlik dissertasiyasını Dinşünaslıq ixtisası üzrə "Şəmsəddin əs-Səxavi və onun "Richanul-kəffəti fi bəyəni nubzətin min əxbəri əhlis-suffə əsərinin islamda yeri" mövzusunda müdafiə edib.

Ceyhun Məmmədov həmçinin ərəb dili üzrə tərcüməçilik edir. O,həmçinin AMEA-nın Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda böyük elmi işçi olaraq fəaliyyət göstərib.

C.Məmmədovun son iş yeri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi olub.

Açar sözlər: #REKTOR   #iLAHİYYAT   #Ceyhun_Məmmədov  

Oxunub: 4216