“Hacı Beyləqanski” saxlanıldı - Lənkəranskinin dostu idi (VİDEO)


15:24     01 İyun 2018 2018/06/ha2_3055676054.jpg

Rövşən Lənkəranskinin ən yaxın silahdaşlarından biri olan ''qanuni oğru'' Hacı Beyləqanski (Talıbxanlı) həbs olunub.


Femida.az xəbər verir ki, Beyləqanski Rusiyanın paytaxtı Moskva şəhərindəki " Belıy dom " restoranında saxlanılıb.

Qeyd edək ki, Hacı Talıbxanlı Lənkəranskinin qətlindən sonra İstanbul polisi tərəfindən saxlanılmışdı və bir müddət sonra bu işdə təqsiri olmadığı üçün sərbəst buraxılmışdı.

Daha sonra isə “Hacı” Lənkəranskinin polkovnik qardaşı Namiq Canıyevlə birlikdə Türkiyəyə səfər etmiş və elə onunla birlikdə də saxlanılmışdı. Hər ikisi azadlığa buraxılandan sonra Beyləqanski Rusiyaya gedib.







Femida.az

Açar sözlər: #Lənkəranski   #Qətl   #Talıbxanlı  

Oxunub: 5818