İctimai TV-nin baş direktoru seçildi - YENİLƏNDİ


16:41     01 İyun 2018 2018/06/balakisi_1527842578.jpg

Bu gün Milli Televiziya və Radio Şurasında (MTRŞ) İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) Yayım Şurasının iclası keçirilib.



Femida.az-ın xəbərinə görə, iclasda İTV-nin baş direktoru vəzifəsinə seçki baş tutub.

“İctimai televiziya və radio yayımı haqqında” qanunun müvafiq maddələrinin tələblərinə uyğun olaraq, Yayım Şurası tərəfindən Qasımov Balakişi Ələkbər oğlu 4 il müddətinə İTV-nin baş direktoru seçilib.

İclasda Yayım Şurasının 9 üzvündən 8-i iştirak edib ki, onların da hamısı gizli səsvermədə səslərini Balakişi Qasımova veriblər.

***


Bu gün İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə seçki keçirilir.

Femida.az xəbər verir ki, yeni baş direktor İTV-nin Yayım Şurasının iclasında seçiləcək.

Qeyd edək ki, İTV-nin baş direktoru postuna yeddi namizəd var: Abbasov Rauf Müzəffər oğlu, Abbasov Səbuhi Mübariz oğlu, Mehrəliyeva Şəfəq Akif qızı, Mehtiyeva Rahilə İbrahim qızı, Xəlilova Qərənfil Əli qızı, Qarayev Sadıq Qurban oğlu, Qasımov Balakişi Ələkbər oğlu.

Femida.az

Açar sözlər: #İTV   #Seçim   #Direktor  

Oxunub: 3512