Sosial Müdafiə Fondunun binasında yanğın - 30 nəfər təxliyə edilib


20:05     01 İyun 2018 sosial-mudafie-fondu400.jpg

Fövqəladə Hallar Nazirliyi Dövlət Sosial Müdafiə Fondunda (DSMF) baş verən yanğınla bağlı növbəti məlumatını yayıb.

Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Yasamal rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerləşdiyi 9 mərtəbəli binanın 7-ci mərtəbəsində ümumi sahəsi 13 m2 olan iş otağında ofis mebelləri və sənədlər yanıb.

Yanğın zamanı 30 nəfər işçi yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Digər otaqlar yanğından mühafizə olunub və yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

***

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun binasında yanğın olub.

Femida.az-ın məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.

Həyata keçirilən tədbirlər nəticəsində yanğının qarşısı alınıb.

Femida.az

Açar sözlər: #FHN   #Yanğın   #Sosial  

Oxunub: 2123