Sumqayıtda torpaq uçqunu: Ölən var


20:00     01 İyun 2018 2018/06/ucqun_1527854459.jpg

Sumqayıtda üç nəfər torpaq uçqunu altında qalıb, bir nəfər ölüb.


Femida.az -ın Report-a istinadən verdiyi məlumata görə, hadisə Sumqayıtda qazıntı işləri aparılan ərazidə baş verib.

Hadisə nəticəsində üç nəfər dağıntı altında qalıb. Onlardan ikisini xilas etmək mümkün olsa da, bir nəfər, 1986-cı il təvəllüdlü Abbasov Ramil Qabil oğlu torpaq altında qalaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1293