Bakı-Sumqayıt qatarı ilə bağlı - MÜRACİƏT


20:17     28 Sentyabr 2015 qatar1.jpg


Sürət qatarına yaxınlaşmaq olmaz.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti əhaliyə müraciət edib. Femida.az-ın məlumatına görə, müraciət Bakı-Sumqayıt sürət qatarının fəaliyyətə başlaması ilə əlaqədardır. Belə müraciət formaları artıq dəmir yolu vağzallarına, əhalinin dəmir yolu xətlərinin yaxınlığında sıx məskunlaşdığı yerlərə vurulub.

Müraciətdə bildirilir ki, insanlar sürət qatarı hərəkətdə olarkən dəmir yolu xəttindən minimum 10 metr məsafədə dayanmalıdırlar. Həmçinin azyaşlıları nəzarətsiz buraxmaq olmaz, ev heyvanlarının dəmir yolu ərazisinə daxil olması, xətlərin üzərinə əşyaların qoyulması da qadağandır.

Açar sözlər:

Oxunub: 574