Xankəndidə etiraz - Xalq istəfa tələb edir


00:34     03 İyun 2018 18_06_02_1527956670.jpg

İşğal olunmuş Xankəndinin mərkəzində sakinlər fəaliyyətdə olan güc strukturlarına qarşı etiraz aksiyalarına başlayıb.


Sputnik Ermənistanın xəbərinə görə, bu barədə fəallardan biri Tiqran Qriqoryan “Facebook” səhifəsində yazıb.

Etirazçılar şəhərin küçələrindən birini bağlayıblar. Onlar bütün güc strukturlarının istefasını tələb edirlər. Etirazlar dünəndən başlayıb. Belə ki, qondarma rejimin “Milli Təhlükəsizlik Xidmətinin” (MTX) üzvləri iki vətəndaşı döyüb.

Qriqoryan qeyd edir ki, bu cür özbaşnalıqlar dəfələrlə təkrarlanıb.

Yaxın günlərdə də şəhərdə “MTX” əməkdaşları ilə sakinlər arasıda dava olub, nəticədə 15 vətəndaş saxlanılıb.

Femida.az

Açar sözlər: #Xankəndi   #Qarabağ   #Ermənistan  

Oxunub: 2260