Polisdən əməliyyat - Qanunsuz silah aşkarlandı


17:48     03 İyun 2018 avtomat.PNG

Mingəçevirdə qanunsuz silah-sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata əsasən, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Vaqif Hüseynov şəhər ərazisində şübhəli şəxs qismində saxlanılmış və Polis Şöbəsinə gətirilib.

Şəxsi axtarış zamanı onun üzərindən bir ədəd kustar üsulla lüləsi kəsilmiş odlu silah və əlində olan sellofan torbadakı qutunun içərisindən 357 ədəd pulemyot gülləsi və 20 ədəd 7,62 mm-lik avtomat Kalaşnikov gülləsi aşkar olunaraq götürülüb.

Faktla bağlı şöbədə araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Mingəçevir   #DİN  

Oxunub: 1016