“İpə-sapa yatmayan“ sürücülərə xəbərdarlıq


20:33     28 Sentyabr 2015 trend_dyp_main.jpg

Bakıda avtomobili sərxoş halda idarə edən, işıqforun qırmızı işığında yolu keçən, yolayrıcını keçmə qaydalarını pozan sürücülərin sayı artıb.


Bunu Trend-in sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, 2015-ci ilin yanvarın 1-dən sentyabrın 26-dək paytaxtda 598 yol-nəqliyyat hadisəsi baş verib.: "Nəticədə 167 nəfər ölüb, 663 nəfər xəsarət alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə hadisələrin sayı 70, ölüm sayı 68 fakt azalıb, xəsarət alanların sayında isə 4 fakt artım olub. Təkcə ötən həftə ərzində, yəni sentyabrın 19-dan 26-dək Bakıda 12 yol qəzası baş verib. Nəticədə 3 nəfər ölüb, 14 nəfər xəsarət alıb. Ondan əvvəlki həftə ilə müqayisədə 4 hadisə, 3 ölüm faktı azalsa da, 1 xəsarət faktı artıb”.

V.Əsədov qeyd edib ki, bu il yanvarın 1-dən sentyabrın 26-dək Bakı şəhəri üzrə yollarda təhlükəsizliyin təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlər nəticəsində 691667 inzibati protokol tərtib edilib: “Bunlardan 139722-si sürücülərə yolayrıcını keçmə qaydalarını pozduğuna, 13408-i avtomobili sərxoş halda idarə etdiyinə, 10026-sı işıqforun qırmızı işığında keçdiyinə, 8487-si sürət həddini aşdığına, 6846-sı ötmə və manevretmə qaydalarını pozduğuna, 3324-ü qəza şəraiti yaratdığına, 2892-si polisin qanuni əmrinə tabe olmadığına, 2667-si avtomobili müvafiq sənədləri, 466-sı dövlət nömrə nişanı olmadan, 2674-ü isə icazə verilməyən pərdə və plyonkalı idarə etdiyinə, 1649-su sərnişindaşıma qaydalarını pozduğuna, 578-i avtoxuliqanlığa görə tərtib edilib. Yol hərəkəti qaydalarını pozduğuna görə, 84515 halda piyadalar cərimə olunub. Digər qayda pozuntuları ilə bağlı 374140 protokol tərtib edilib. Bundan başqa MMX vasitəsilə 243464 elektron ptorokol tərtib edilib”.

Bölmə rəisi bildirib ki, tərtib edilmiş protokolları ötən ilin müvafiq dövrü ilə müqayisə etdikdə bəzi qayda pozuntularında azalma, bəzilərində isə təəssüf ki, artım müşahidə edilir: “Məsələn, ötən ilin analoji dövrü ilə müqayisədə avtomobili sərxoş halda idarə etmə 335, qırmızı işıqdan keçmə 1709, yolayrıcını keçmə qaydalarının pozma isə 17247 fakt artıb. Bu isə bizdə böyük narahatlıq doğurur. Əksinə, sürücülər tərəfindən sərnişindaşıma qaydalarının pozulması 470, ötmə və manevretmə qaydalarının pozulması 455, avtomobilin icazə verilməyən pərdə və plyonkalı idarə edilməsi 1167, sənədsiz idarə edilməsi 433, qoşa xəttin və tək bütöv xəttin tələbini pozaraq əks istiqamətlı yol zolağına çıxma, “giriş qadağandır” və “hərəkət qadağandır” nişanlarının tələblərinin pozulması 771 fakt azalıb. Piyadalar tərəfindən də yol hərəkəti qaydalarının pozulması 26477 fakt azalıb. Bundan başqa, polisin qanuni əmrinə tabe olmayan, dəmiryol keçidi qaydalarını pozan, avtomobili yüksək sürətlə və dövlət nömrə nişanı olmadan idarə edən sürücülərin sayı da azalıb ki, bu da bizi sevindirir. Bakı şəhər Dövlət Yol Polisi İdarəsi qayda-qanunlara əməl edən bütün sürücü və piyadalara təşəkkürünü bildirir, "ipə-sapa yatmayanları" isə bir daha qanunlara riayət etməyə çağırır. Onların özbaşınalığı həm özləri, həm də cəmiyyət üçün təhlükə mənbəyidir”.

Açar sözlər:

Oxunub: 1964


Oxşar xəbərlər