Xankəndində kütləvi etirazlar davam edir - FOTOLAR


22:35     03 İyun 2018 2018/06/341537-3056071284_3056073308.jpg

Bu gün saat 10:00-dan etibarən işğal altında olan Xankəndi şəhərində “güc strukturları” rəhbərlərinin istefası tələbilə etiraz aksiyaları keçirilir.


Femida.az-ın AzVision.az-a istinadən verdiyi məlumata görə, bir qrup şəxs isə bunun əksinə olaraq Xankəndinin “dirçəliş” meydanında toplaşıb, “Güc sturkturları bizim gücümüzdür” şüarı səsləndirməklə separatçılara dəstək nümayiş etdiriblər

Xankəndi avtovağzalının yanında yığışan etirazçılar illərdir problemlərin həll edilmədiyindən şikayətləniblər. Etirazçılar ilk növbədə separatçı rejimin polis rəisi Kamo Ağacanyanın, "milli təhlükəsizlik xidməti" rəisinin müavini Qaqik Sarkisyanın və ötən gün dava iştirakçısı olan MTX-nın bölmə komandiri Aşot Qriqoryanın istefasını, hadisədə iştirak edən əməkdaşların isə cəzalandırılmasını tələb ediblər.

Nümayişçilər bildiriblər ki, tələbləri yerinə yetirilmədiyi halda, separatçı rejim rəhbərinin iqamətgahı qarşısına toplaşacaqlar.

Qeyd edək ki, iyunun 2-də separatçı rejimin başçısı Bako Saakyan etirazlarla əlaqədar təhlükısizlik şurasının iclasını keçirib.

Xatırladaq ki, bir neçə gün əvvəl Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərlə MTX əməkdaşları arasında qarşıdurma yaşanıb. Xankəndində məişət zəminində baş verən insident böyüyərək kütləvi hal alıb.

MTX əməkdaşları yerli ermənilərə çoxsaylı xəsarətlər yetiriblər. Separatçı rejimin qanunsuz polisi baş verənlərə göz yumaraq heç bir müdaxilə etməyib və əksinə, döyülən yerli erməniləri həbs ediblər. Hadisə nəticəsində ümumilikdə 15 nəfər saxlanılıb.






Femida.az

Açar sözlər:

Oxunub: 1729